Menyu

Reabilitasiya xidmətlərində daha bir neçə yeniliyin tətbiqinə başlanılıb

Nərmin Qocamanlı
Reabilitasiya xidmətlərində daha bir neçə yeniliyin tətbiqinə başlanılıb

Reabilitasiya müəssisələrində rezervasiya formalaşdırmaq üçün e-sosial.azplatformasından ən yaxın boş tarixlər barədə məlumat əldə etmək mümkündür.

Bu barədə "Operativ Media"ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar e-sosial.az - da e-Xidmətlər bölməsində yaxın tarixdə reabilitasiya müəssisələrində olan boş yerlərin siyahısı bölməsinə daxil olaraq ətraflı məlumat əldə edə bilərlər.

Eyni zamanda reabilitasiya müəssisəsinə rezervasiya formalaşdırıldıqda vətəndaşa bu barədə SMS-bildiriş göndərilməsinə başlanılıb. Bildirişdə tarix, müəssisənin ünvanı və əlaqə nömrəsi, lazımi sənədlərin siyahısı və s. barədə məlumatlar təqdim olunur.

Qeyd edilib ki, əlilliyi olan şəxslər reabilitasiya müəssisələrində bərpa müalicə kursundan yararlanmaq üçün TSEK və ya DOST mərkəzlərinə müraciət edə bilərlər.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər