"Sahibkarları olduğu yerlərində ziyarət etmək üçün bu dəfə fermerlərinin yaratdığı kənd təsərrüfatı kooperativinin Göyçaydakı meyvə bağlarında olduq".
"Operativ Media" xəbər verir ki, bu barədə KOBİA sədri Orxan Məmmədov "X"də bildirib.
"Təsərrüfatın inkişafı, yığım, ümumilikdə kooperasiyaların fəaliyyəti və KOBİA-nın dəstəyi barədə sahibkarlara məlumat verdik", - məlumatda qeyd olunub.