Bu il 4 mindən çox şəxsə evlərində sosial-məişət xidməti göstərilib
Nərmin Qocamanlı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2024-cü ilin ötən dövründə 4 mindən çox ahıl və əlilliyi olan şəxsə evlərində (səyyar) sosial-məişət xidməti göstərilib.
Nazirlikdən "Operativ Media"ya verilən xəbərə görə, onlardan 3800-ə qədəri ahıl, qalanları əlilliyi olan şəxslər olub.
Evdə (səyyar) sosial-məişət xidməti əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə göstərilir.
Agentliyin mütəxəssisləri tərəfindən 202 nəfər sosial-hüquqi xidmətlərlə də təmin edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net