Menyu

Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub

Əsəd Abbaslı
Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub

"Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub".

"Operativ Media" xəbər verir ki, bu barədə Kollegiyanın sədri Anar Bağırov məlumat verib.

"Bu gün qaliblərinin adları müəyyənləşib. Ölkəmizdə idarəetmə sahəsinin peşəkarları arasında təşkil olunmuş ilk müsabiqə hesab olunan “Yüksəliş”in builki finalı 19-21 iyul tarixlərində baş tutdu. “Baku Ekspo Mərkəzi”ndə keçirilən final mərhələsində iştirak etmiş 118 namizəddən ən yüksək bal toplayan 25 nəfər qalib adını qazanıb. Dördüncü mövsümün qaliblərindən
3 nəfərin Vəkillər Kollegiyasının üzvləri olduğunu bilmək xüsusilə qürur vericidir.

Bu öz növbəsində son illər ərzində vəkilliyə qəbul olunan həmkarlarımızın nə qədər yüksək ixtisaslı kadr olmalarının, vəkilliyin böyük potensialının təsdiqidir. Müsabiqə qalibi olan həmkarlarımızı böyük vəkil ailəsi adından ürəkdən təbrik edirəm və hər birinə gələcək karyeralarında uğurlar diləyirəm. Qalib vəkillərimiz Şahlar Məmmədov, Rüfət Məmmədxanlı, Eyyub Fətəliyevdur", - sədr bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər