Menyu

Salyanda yol qəzası baş verib

Əsəd Abbaslı
Salyanda yol qəzası baş verib
1 dəq oxu

Salyanda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

"Operativ Media" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində rayonun Qızılağac kənd sakinləri, 1998-ci il təvəllüdlü Dadaşov Orxan Vüqar oğlu, 2001-ci il təvəllüdlü Yolçuyev Ramil Famil oğlu, 2001-ci il təvəllüdlü Dadaşov Xəyal Vüqar oğlu və 1993-cü il təvəllüdlü Həsənov Pərvin Əliyar oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər