İsmayıllıda çətənə kolu yetişdirən şəxslər saxlanılıblar
Nərmin Qocamanlı
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər məhkum olunmuş Xürrəm Rəcəbov və Şahin Məmmədov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, onların yaşadıqları ünvanlara baxış keçirilərkən xüsusi qulluq göstərərək yetişdirdikləri çətənə kolları aşkar olunub.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma