Menyu

Yağış yağıb, şimşək çaxıb - XƏBƏRDARLIQ

Nərmin Qocamanlı
Yağış yağıb, şimşək çaxıb - XƏBƏRDARLIQ

Öncədən xəbər verildiyi kimi gündüz dağlıq ərazilərdən başlayaraq hava şəraiti dəyişib, əksər rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. 

"Operativ Media" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin iyulun 25-i saat 10:00-a olan məlumatına görə, Bakıda və Abşeron yarımadasında da gecə saatlarından başlayaraq arabir yağış yağıb, şimşək çaxıb. Yarımadanın bəzi yerlərində yağıntılar intensivləşib. 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 11 mm-dək, Balakən-Şəki bölgəsində  62 mm, Lənkəran-Astara bölgəsində 55 mm, Mərkəzi Aran bölgəsində 39 mm, Quba-Qusar bölgəsində 33 mm, Qarabağ bölgəsində 30 mm, Dağlıq-Şirvan bölgəsində 26 mm, Naxçıvan MR-də 13 mm, Gəncə-Qazax bölgəsində isə 11 mm-dək təşkil edib. 

İyulun 25-də gecə və səhər saatlarında Şəki rayonu ərazisindən axan Kişçaydan, Qəbələ rayonu ərazisindən axan Göyçaydan, Dəmiraparançaydan, İsmayıllı rayonu ərazisindən axan Girdimançaydan və Quba rayonu ərazisindən axan Qudyalçaydan sel keçib.

Teqlər:

"Ya\u011f\u0131\u015f ya\u011f\u0131b \u015fim\u015f\u0259k \u00e7ax\u0131b - X\u018fB\u018fRDARLIQ"

Əlaqəli Xəbərlər