Menyu

Daha bir müəssisəyə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib

Nərmin Qocamanlı
Daha bir müəssisəyə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib
1 dəq oxu

“Falck” MMC-yə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib. 

İqtisadi Zonaların İnkişafı Agentliyindən "Operativ Media"ya bildirilib ki, bununla da sənaye parkının rezidentlərinin sayı 7-yə çatıb. Müəssisədə qan depolama və test qablarının istehsalı həyata keçiriləcək.

İnvestisiya həcmi 4 milyon manat olan müəssisədə 40 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.

Əlaqəli Xəbərlər