Menyu

Bakı sakini ürəyindən bıçaqlanıb

Əsəd Abbaslı
Bakı sakini ürəyindən bıçaqlanıb

Bakının Xəzər rayonunda dava zamanı 29 yaşlı oğlan ürəyindən bıçaqlanıb.

"Operativ Media" xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Babayev Fərrux Ayaz oğlu tanımadığı şəxslə dava zamanı ürəyindən bıçaqlanıb.

Yaralı təcili 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına çatdırılıb.

Onun vəziyyəti ağır olduğu üçün F. Babayev Sabunçu Tibb Mərkəzinə göndərilib. 

Hazırda onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Teqlər:

"Bak\u0131 sakini \u00fcr\u0259yind\u0259n b\u0131\u00e7aqlan\u0131b"

Əlaqəli Xəbərlər