Bank kartlarından oğurluq edənlər saxlanılıb
Nərmin Qocamanlı
Bakı şəhər sakini olan qadın bank kartından 301 manatının oğurlanması ilə bağlı polisə müraciət edib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən İ.Kərimov müəyyən olunaraq saxlanılıb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin bank kartından 310 manatını oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net