Menyu

Salyanda narkotik vasitələrin qanunsuz dövriyyəsini və satışını təşkil edən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Salyanda narkotik vasitələrin qanunsuz dövriyyəsini və satışını təşkil edən şəxs saxlanılıb
1 dəq oxu

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və satışını təşkil edən əvvəllər də eyni əmələ görə məhkum olunmuş Məmməd Qasımov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, onun üzərinə və yaşadığı ünvana keçirilən baxış zamanı 1 kiloqrama yaxın heroin və 1 ədəd elektron tərəzi aşkarlanıb.

Araşdırmalar zamanı M.Qasımovun narkotik vasitəni satış məqsədilə iranlı narkotacirdən aldığı müəyyən edilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər