Menyu

Abşeron magistral su kanalından 1 nəfərin meyiti tapılıb

Nərmin Qocamanlı
Abşeron magistral su kanalından 1 nəfərin meyiti tapılıb
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron magistral su kanalının Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsindən keçən hissəsində 1 nəfərin meyitinin sudan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən "Operativ Media"ya verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əlaqəli Xəbərlər