Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Nərmin Qocamanlı
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
ADY-dən "Operativ Media"ya verilən məlumata görə, əlavə təyin edilən qatarlar iyulun 29-da saat 09:15-də Bakıdan- Ağstafaya, iyulun 30-da saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma