Menyu

Qarabağ Universitetinə kafedra müdiri təyin olunub

Nərmin Qocamanlı
Qarabağ Universitetinə kafedra müdiri təyin olunub

Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Səbuhi İbayev İncəsənət fakültəsinin Vokal kafedrasına müdir təyin olunub.

Elm və Təhsil Nazirliyindən "Operativ Media"ya verilən məlymata görə, Səbuhi İbayev bakalavriat və magistratura səviyyələri üzrə təhsilini Milli Konservatoriyada alıb.

Bu təyinatadək Səbuhi İbayev Azərbaycan Milli Konservatoriyasının müəllimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, həmçinin Asəf Zeynallı adına Musiqi Kolleci və Beynəlxalq Muğam Mərkəzində fəaliyyət göstərib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əməkdar artisti olan Səbuhi İbayev, həmçinin Prezident mükafatçısıdır.

Komandamızın yeni üzvünü təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!

Teqlər:

"Qaraba\u011f Universitetin\u0259 kafedra m\u00fcdiri t\u0259yin olunub"

Əlaqəli Xəbərlər