Menyu

Gədəbəyə dolu düşüb, çaylardan sel keçib

Nərmin Qocamanlı
Gədəbəyə dolu düşüb, çaylardan sel keçib

Milli Hidrometeorologiya Xidmətinin iyulun 27-si saat 19:00-a olan məlumatına əsasən
əvvəlcədən xəbər verildiyi kimi bəzi bölgələrdə yağıntılı hava şəraiti davam edir.

Xidmətdən "Operativ Media"ya verilən məlumata görə, Daşkəsən, Gədəbəy,  Gəncə, Göygöl, Şəmkir, Lerik, Şəkidə şimşək çaxır, arabir  leysan xarakterli intensiv yağış yağır. 

Leysan xarakterli yağış Gədəbəy rayonu ərazisinin bəzi yerlərindən sel keçməsinə səbəb olub.

Saat 17:40 radələrində Gədəbəy rayonunun Poladlı, Şahdağ, Novoivanovka, Düzyurd kəndlərinə dolu düşüb. Yağan dolunun diametri bəzi yerlərdə 25-28 mm olub.

Şəkıdə və Sarıbaşda (Qax) duman müşahidə olunub. 

Şimal -qərb küləyi arabir güclənərək sarı xəbərdarlığa uyğun olaraq Culfada 17 m/s, narıncı xəbərdarlığa uyğun olaraq  isə Bakıda və Abşeron yarımadasında 25 m/s-dək çatıb.

Teqlər:

"G\u0259d\u0259b\u0259y\u0259 dolu d\u00fc\u015f\u00fcb \u00e7aylardan sel ke\u00e7ib"

Əlaqəli Xəbərlər