Menyu

Həftəsonu axtarışda olan 66 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Həftəsonu axtarışda olan 66 nəfər saxlanılıb
1 dəq oxu

İyulun 27-də və 28-də ölkə ərazisində qeydə alınan 89, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 66, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 24 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər