Menyu

Bakıda qadını şantaj edərək pulunu alan şəxs tutulub

Nərmin Qocamanlı
Bakıda qadını şantaj edərək pulunu alan şəxs tutulub
1 dəq oxu

İyulun 28-də bir qadının şəkillərinin sosial şəbəkədə paylaşılaraq nalayiq ifadələr yazılması və silinməsi müqabilində ondan pul tələb olunması barədə polisə məlumat daxil olub.  

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Xətai RPİ-nin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən A.Ağayev müəyyən olunaraq saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Əlaqəli Xəbərlər