Menyu

Şəkidə 6 tona yaxın çətənə kolu məhv edilib

Nərmin Qocamanlı
Şəkidə 6 tona yaxın çətənə kolu məhv edilib
1 dəq oxu

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Çapağan kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.


DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, ümumi çəkisi 5 ton 830 kiloqram olan 48580 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Əlaqəli Xəbərlər