Menyu

Əmək, məşğulluq, sosial müdafiə sahələrində islahatlar bu ilin 6 ayında beynəlxalq mükafat və sertifikata layiq görülüb

Nərmin Qocamanlı
Əmək, məşğulluq, sosial müdafiə sahələrində islahatlar bu ilin 6 ayında beynəlxalq mükafat və sertifikata layiq görülüb
1 dəq oxu

Azərbaycanda əmək və məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlara beynəlxalq səviyyədə də yüksək qiymət verilir. Bunun göstəricisi olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları bu ilin 6 ayı ərzində daha 50 beynəlxalq mükafat və sertifikatla təltif olunub.

Nazirliyin mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, o cümlədən Dövlət Sosial Müdafiə Fondunda aparılan islahatlarla bağlı 17, sosial sahədə rəqəmsal nailiyyətlərlə bağlı 11, DOST Konsepsiyası ilə bağlı 4, Dövlət Məşğulluq Agentliyində aparılan islahatlarla bağlı 1 beynəlxalq mükafat və sertifikat əldə olunub. Həmçinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 9, Sosial Xidmətlər Agentliyinə 3, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya 5 beynəlxalq İSO sertifikatı təqdim olunub.

Dövlət xidmətlərinin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsində isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il də 1-ci yerə layiq görülüb.

Fotogalereya

Əlaqəli Xəbərlər