Menyu

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçiriləcək

Nərmin Qocamanlı
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçiriləcək

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi avqustun 4-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Bu barədə "Operativ Media"ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İmtahana buraxılış vərəqəsini Mərkəzin saytında müvafiq linkdən çap etmək olar. 

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

Namizədlərin imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və namizədin buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə edilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər