Menyu

Şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

Nərmin Qocamanlı
Şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
1 dəq oxu

Azərbaycanın rayonlarında iyulun 30-31-də, avqustun 1-də əsasən dağlıq və dağətəyi rayonlarda gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar) qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda suluğun artacağı ehtimalı var.

Əlaqəli Xəbərlər