Menyu

Sahib Məmmədov BMT-nin regional direktoru ilə görüşüb

Nərmin Qocamanlı
Sahib Məmmədov BMT-nin regional direktoru ilə görüşüb

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov BMT-nin İnkişafın Koordinasiyası Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yeop Sonunla görüşüb.

İqtisadiyyat Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, görüşdə Dayanıqlı İnkişaf Məqsədlərinin ölkə səviyyəsində icrası, ərzaq təhlükəsizliyi, insan kapitalı, gender bərabərliyi və ətraf mühitin dayanıqlılığı istiqamətində BMT-ilə aparılan səmərəli tərəfdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Bundan başqa, cari ilin iyul ayında BMT-nin Yüksək Səviyyəli Siyasi Forumu çərçivəsində təqdim edilən ölkəmizin sayca 4-cü Könüllü Milli Hesabatının hazırlanmasında BMT-nin Ölkə üzrə Ofisinin dəstəyi, “2021-2025-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrasında, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cü sessiyasında (COP29) əməkdaşlığı qeyd edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər