Bakıda məktəb yaxınlığında yanğın olub
Əsəd Abbaslı
Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yanğın baş verib.
Bu barədə "Operativ Media"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə sözügedən ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub:
"Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli aşayış binasının birinci mərtəbəsinin artırmasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net