Menyu

Məktəblinin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə araşdırma aparılır

Nərmin Qocamanlı
Məktəblinin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə araşdırma aparılır
1 dəq oxu

İyulun 29-da paytaxtın Xətai rayonu ərazisində 2006-cı il təvəllüdlü Elmir Qəhrəmanovun 245 saylı orta məktəbin həyətinə hasardan daxil olmaq istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Əlaqəli Xəbərlər