Azərbaycanın dağlıq və dağətəyi rayonlarında iyulun 31-i əsasən gündüz, avqustun 1-i gündüzdən 2-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Teqlər:
"Leysan ya\u011facaq dolu d\u00fc\u015f\u0259c\u0259k - X\u018fB\u018fRDARLIQ"