Bakıda 2 marşrut avtobusu toqquşub
Nərmin Qocamanlı
Bakı şəhəri metronun “Ulduz” stansiyası yaxınlığında 36 və 38 saylı müntəzəm marşrut xətləri üzrə hərəkət edən iki avtobus toqquşub.
"Operatov Media" xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)faktı təsdiqləyiblər.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 15:00 radələrində Nərimanov rayonu ərazisindən 2 avtobusun toqquşması səbəbilə çağırış daxil olub:
“Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 2 nəfər qadın müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub”.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net