http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Laçın şəhərinə daha 18 ailə köçürülüb

31 İyul 2024 , 06:57
Laçın şəhərinə daha 18 ailə köçürülüb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

"Operativ Media" xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı iyulun 31-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 18 ailə - 60 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 552 ailənin, yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib

OXŞAR XƏBƏRLƏR
Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv ediləcək

Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv ediləcək

DİM 500-dək şagird üçün əlavə imtahan keçirib - YENİLƏNİB

DİM 500-dək şagird üçün əlavə imtahan keçirib - YENİLƏNİB

Paytaxtın bir sıra yolları bağlanacaq, avtobusların hərəkət sxemi dəyişdiriləcək

Paytaxtın bir sıra yolları bağlanacaq, avtobusların hərəkət sxemi dəyişdiriləcək

XƏBƏR LENTİ
  • Dünən
    23:55

    Braziliyada Azərbaycanın COP29 gündəliyi çərçivəsində təşəbbüslərindən danışılıb
  • Dünən
    22:37

    Türkiyə Silahlı Qüvvələrinin dörd hərbçisi yol qəzasında həlak olub
  • Dünən
    22:13

    Qobustan sakini Ağdaşda qətlə yetirilib
  • Dünən
    21:53

    Millətlər Liqası: Azərbaycan Slovakiyaya məğlub oldu
  • Dünən
    21:47

    Əlcəzairin prezidenti yenidən Abdelmajid Tebbun seçilib
  • Dünən
    21:12

    Bakıda ağaclıq sahədə baş vermiş yanğın söndürülüb
  • Dünən
    20:47

    Sergey Lavrov Səudiyyə Ərəbistanında səfərdədir
  • Dünən
    20:24

    Aleksandr Maslyakov vəfat edib
Menyu