Menyu

I Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən daha iki şəhid dəfn ediləcək

Nərmin Qocamanlı
I Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən daha iki şəhid dəfn ediləcək
1 dəq oxu

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha 2 şəhid dəfn olunacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Belə ki, hərbçi Məmmədov Surxay Rza oğlu avqustun 1-i Gəncə şəhəri, Şəhidlər xiyabanında, digər hərbçi Quliyev Camal Möhübbət oğlu isə avqustun 2-si Laçın şəhəri, Şəhidlər xiyabanında dəfn ediləcək.

Əlaqəli Xəbərlər