Yasamalda 87 yaşlı qadına qarşı soyğunçuluq edilib
Nərmin Qocamanlı
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 26-da rayon ərazisində 87 yaşlı qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən qrupun digər üzvü, 45 yaşlı S.Əliyeva da müəyyən olunaraq saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, onun 75 yaşlı digər bir qadına zor tətbiq edərək içərisində pulu və bank kartları olan pulqabısını talaması da məlum olub.
28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri ilə iyulun 29-na keçən gecə rayon ərazisində yerləşən kafelərin birinin kassasından 2300 manat pul oğurlamaqda şübhəli bilinən S.Novruzov, İ.Məmmədsoy və A.Əliyev saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net