Sertifikasiya nəticəsində 4 300-dən çox müəllimin müqaviləsinə xitam verilib
Nərmin Qocamanlı
Müəllimlərin təkrar sertifikasiyasında nəticəsi uğursuz olan 4300-dən çox müəllimin müqaviləsinə xitam verilib.
"Operativ Media" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, müəllimlərin sertifikasiyası üçün 10 500-dən artıq vakansiya təqdim olunub, 22 mindən artıq müəllim müsabiqədə iştirak edib: "Müsabiqədə iştirak edə bilmədiyi üçün işdən çıxarılan müəllimlərin dərs saatları həmin məktəblərdə fəaliyyət göstərən digər müəllimlərə paylanılacaq".
N.İsmayılbəyli bildirib ki, 712 məktəbdə vakansiya yaradılıbsa, bunlardan 563-sı Azərbaycan dili və Ədəbiyyat müəllimliyini əhatə edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net