http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Səfa Mirzəyevin yerinə yeni üzv seçiləcək

31 İyul 2024 , 18:06
Səfa Mirzəyevin yerinə yeni üzv seçiləcək

Azərbaycan Respublikasının bütün məhkəmələrinin təmsil olunduğu Hakimlərin Konfransı keçiriləcək.

"Operativ Media" xəbər verir ki, konfransda Məhkəmə-Hüquq Şurasına hüquq ictimaiyyətinin nümayəndəsi qismində yeni üzv seçiləcək.

Xatırladaq ki, bundan əvvəl Məhkəmə-Hüquq Şurasının hüquq ictimaiyyətinin nümayəndəsi qismində üzvü Səfa Mirzəyev olub. O, iyulun 22-də vəfat edib.

Qeyd edək ki, Məhkəmə-Hüquq Şurasının tərkibi 15 nəfərdən ibarətdir. Onlardan 9 hakim (hər məhkəmə instansiyasından 3 hakim) üzvü və hüquq ictimaiyyətinin nümayəndəsi qismində 1 üzvü Hakimlərin Konfransı tərəfindən açıq səsvermə yolu ilə, iştirakçılarının sadə səs çoxluğu ilə seçilir.

Şuranın tərkibində digərlərini isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim, Milli Məclisitərəfindən təyin edilən şəxs, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs, Vəkillər Kollegiyası tərəfindən təyin edilən vəkil və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təyin edilən hüquqşünas alim təşkil edir. Məhkəmə-Hüquq Şurasının üzvlərinin səlahiyyət müddəti beş ildir.

OXŞAR XƏBƏRLƏR
"Formula 1": Azərbaycan Qran-prisində ikinci günə start veriləcək

"Formula 1": Azərbaycan Qran-prisində ikinci günə start veriləcək

Şəkidə yol qəzası baş verib

Şəkidə yol qəzası baş verib

Əməkdar artist Rafiq İbrahimov vəfat edib

Əməkdar artist Rafiq İbrahimov vəfat edib

XƏBƏR LENTİ
  • 08:38

    "Formula 1": Azərbaycan Qran-prisində ikinci günə start veriləcək
  • Dünən
    23:26

    Şəkidə yol qəzası baş verib
  • Dünən
    23:05

    Polşa Ukraynaya 400-ə yaxın tank göndərib
  • Dünən
    22:59

    Azərbaycan yığması 3-cü turda da məğlub olmadı
  • Dünən
    22:54

    ABŞ Dmitri Kiselevə qarşı sanksiya tətbiq edib
  • Dünən
    22:40

    Əməkdar artist Rafiq İbrahimov vəfat edib
  • Dünən
    22:32

    Məhkəmə Robert Koçaryanın işinə xitam verilməsi barədə qərarı ləğv edib
  • Dünən
    22:15

    Ukrayna Nazirlər Kabineti 2025-ci il dövlət büdcəsinin layihəsini təsdiqləyib
Menyu