Menyu

Dənizdə batan şəxsin axtarırışına helikopter cəlb edilib

Əsəd Abbaslı
Dənizdə batan şəxsin axtarırışına helikopter cəlb edilib
1 dəq oxu

Dənizdə batan şəxsin axtarırışına helikopter cəlb edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Bakı şəhərinin Xətai rayonunda dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Batdığı ehtimal olunan şəxsin axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 2 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Əlaqəli Xəbərlər