Menyu

Əri tərəfindən döyülən qadın xəsarət alıb

Əsəd Abbaslı
Əri tərəfindən döyülən qadın xəsarət alıb

Qusar rayonunda fəaliyyət göstərən “Qala” hotelində həyat yoldaşı tərəfindən döyülən 39 yaşlı qadın xəsarət alıb.

“Operativ Media" xəbər verir ki, bir neçə gün öncə Qusar rayonunda yerləşən “Qala” hotelinə istirahətə gedən 1985-ci il təvəllüdlü Ş.B. əri tərəfindən döyülüb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona baş və bədənin çoxsaylı hematoması diaqnozu qoyulub. İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Qeyd edək ki, hadisəni “Report”a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qurumunun baş inspektoru polis baş leytenantı Xəyal Talıbov təsdiqləyib. Qurumdan bildirilib ki, bu barədə Qusar RPŞ-yə məlumat daxil olub və hazırda RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər