Ötən ay azad edilmiş ərazilərdə 649 mina zərərsizləşdirilib
Nərmin Qocamanlı
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.
ANAMA-dan "Operativ Media"ya verilən məlumata görə, azad olunan ərazilərdə iyul ayı ərzində 290 tank əleyhinə mina, 359 piyada əleyhinə mina, 3079 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin, 6905.4 hektar ərazi minalardan təmizlənib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma