Menyu

Bu il daha 170 peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiqlənib

Nərmin Qocamanlı
Bu il daha 170 peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiqlənib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu il daha 170 peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib. 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya verilən məlumata görə, ilin sonunadək daha 100-ə yaxın standartın hazırlanıb təsdiqlənməsi nəzərdə tutulub.

Peşə standartları konkret peşə sahəsi üzrə işçinin yerinə yetirməli olduğu işin məzmunu və əmək şəraiti ilə bağlı minimum tələblərin məcmusu, kvalifikasiya standartı isə kvalifikasiyalar üzrə tələb olunan səriştələri, təlim nəticələrini və qiymətləndirmə meyarlarını əhatə edir.

Əmək bazarının tələblərinə uyğun kadr hazırlığında, işçi qüvvəsinin keyfiyyətinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılmasında həmin standartlar əsas baza hesab edilir.

Son 5 ildə 1200-ə yaxın peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiqlənib və nazirliyin e-sosial.az portalındakı “Peşə və Kvalifikasiya Standartlarının Reyestri”ndə yerləşdirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər