Menyu

Bakı-Sumqayıt yolunda iki avtobusun toqquşması nəticəsində bir nəfər ölüb, 18 nəfər yaralanıb - YENİLƏNİB

Nərmin Qocamanlı
Bakı-Sumqayıt yolunda iki avtobusun toqquşması nəticəsində bir nəfər ölüb, 18 nəfər yaralanıb - YENİLƏNİB

Bakı-Sumqayıt yolunda iki avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Baş DYP İdarəsindən bildirilib ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

***
12:27

Bakı-Sumqayıt yolunda iki avtobus toqquşması nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

 

Teqlər:

"Bak\u0131-Sumqay\u0131t yolunda iki avtobusun toqqu\u015fmas\u0131 n\u0259tic\u0259sind\u0259 bir n\u0259f\u0259r \u00f6l\u00fcb 18 n\u0259f\u0259r yaralan\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər