Menyu

Muxtar Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Nərmin Qocamanlı
Muxtar Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Əsəd Qurbanzadə ilə növbəti görüşünü keçirib.

Görüşdə Mentorluq proqramı çərçivəsində görüləcək işlər müzakirə olunub, fərdi inkişaf planına nəzər salınıb, qalibin çalışdığı sahə üzrə qazandığı biliklər və növbəti addımları öyrənilib, mövcud potensialının inkişaf etdirilməsi istiqamətində ona tövsiyələr verilib. 

Görüşdə, eyni zamanda, bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər