Parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb
Əsəd Abbaslı
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 26 ölkə və səkkiz qurumdan ümumilikdə 99 beynəlxalq müşahidəçi qeydə alınıb.
"Operativ Media" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 14 506 yerli müşahidəçi qeydiyyatdan keçib: "Bu müşahidəçilərdən 5 477 nəfəri MSK-da, 9 029-ü isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib. Onların bütün seçki məntəqələrində müşahidə aparmaq imkanı olacaq".
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma