Menyu

Quru Qoşunlarında keçirilən taktiki-xüsusi təlim davam edir

Nərmin Qocamanlı
Quru Qoşunlarında keçirilən taktiki-xüsusi təlim davam edir

Cari ilin hazırlıq planına əsasən, Quru Qoşunlarında keçirilən taktiki-xüsusi təlim davam edir.

Müdafiə Nazirliyindən "Operativ Media"ya bildirilib ki, müasir döyüş üsullarından istifadə edilməklə keçirilən təlimdə aşkar olunan şərti düşmən hədəflərinin artilleriya və zenit-raket qurğularından, eləcə də zirehli döyüş texnikaları üzərinə quraşdırılmış silahlardan məhv edilməsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra olunub.

Bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib.

Teqlər:

"Quru Qo\u015funlar\u0131nda ke\u00e7iril\u0259n taktiki-x\u00fcsusi t\u0259lim davam edir"

Əlaqəli Xəbərlər