Azərbaycan və Türkiyə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib
Əsəd Abbaslı
Azərbaycan və Türkiyə arasında İKT, kosmik sənaye, süni zəka və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir vurğulayıb ki, bu gün ölkədə səfərdə olan Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüş keçirilib:
“Görüşdə Azərbaycanda qeyd edilən sahələrdə təlim proqramlarının həyata keçirilməsini və iki ölkə mütəxəssislərinin təcrübə mübadiləsinin təşkili istiqamətində tədbirlərin görülməsini qərarlaşdırdıq”.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net