http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

13 Avqust 2024 , 20:35
Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Avqustun 13-də Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Operativ Media"ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Türkiyəli qonaqları salamlayan Baş direktor onları ölkəmizdə görməkdən məmnun olduğunu qeyd edib, bu cür görüşlərin qardaş ölkə ilə birgə əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb.

Cənab H.Görgün isə öz növbəsində göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən birgə istehsalat layihələrinin ordularımızın müdafiə qüdrətinin artırılması baxımından faydalı olacağını əminliklə qeyd edib.

Türkiyə Respublikasının Azərbaycandakı səfiri cənab Cahit Bağcı və bu ölkənin aparıcı hərbi sənayə şirkətlərinin rəhbər heyətinin də iştirak etdiyi görüşdə, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perpektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Türkiyə nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə ilə görüşüb.

Qonaqlara Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsinin yaranma tarixi, icra olunan fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.

OXŞAR XƏBƏRLƏR
Ermənistan hərbi hava qüvvələrinin modernləşdirilməsi ilə bağlı Hindistana müraciət edib

Ermənistan hərbi hava qüvvələrinin modernləşdirilməsi ilə bağlı Hindistana müraciət edib

Azərbaycanın müdafiə nazirinin müavini Çinə gedib, hərbi-texniki əməkdaşlığın inkişafı müzakirə edilib

Azərbaycanın müdafiə nazirinin müavini Çinə gedib, hərbi-texniki əməkdaşlığın inkişafı müzakirə edilib

Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirilib

Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirilib

XƏBƏR LENTİ
  • 09:41

    Bakının işğaldan azad edilməsindən 106 il ötür
  • 09:13

    "Formula 1": Azərbaycan Qran-prisinin qalibi bu gün bəlli olacaq
  • 08:48

    Göygöldə yük maşını qəza törədib
  • Dünən
    23:54

    QHT sədrləri şəhid məlumatlarının silinməsinə etiraz ediblər
  • Dünən
    23:31

    Bakıda daha bir küçəyə avtobus zolağı çəkilib - FOTO
  • Dünən
    22:34

    Serbiyada məcburi hərbi xidmətin müddəti 75 gün olacaq
  • Dünən
    22:01

    Naxçıvanda “DƏSTƏK” Fondu tərəfindən 778 570 manat vəsait xərclənib
  • Dünən
    21:09

    Dövlət Su Ehtiyatları Agentliyi Formula 1 yarışları ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
Menyu