Pakistanın yeni səfiri COP29 Azərbaycan Əməliyyat Şirkətinin sədri ilə görüşüb
Əsəd Abbaslı
Pakistanın Azərbaycandakı yeni səfiri Qasım Mohiuddin COP29-un COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Pakistanın Bakıdakı diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Səfir Qasım Mohiuddin COP29 Azərbaycan Əməliyyat Şirkətinin sədri xanım Nərmin Carçalova ilə görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Səfir COP29-un uğurlu təşkili üçün ən xoş diləklərini çatdırıb”, – səfirliyin sosial şəbəkədəki paylaşımında qeyd olunub.
Xatırladaq ki, avqustun 5-də Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın yeni təyin olunmuş səfiri Qasım Mohiuddinin etimadnaməsini qəbul etmişdi.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net