Menyu

Şəkidə silah və narkotik vasitələr satan şəxslər saxlanılıblar

Nərmin Qocamanlı
Şəkidə silah və narkotik vasitələr satan şəxslər saxlanılıblar

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz odlu silah-sursat saxlayan, narkotik vasitələrin satışı və əkini ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, tədbirlərlə rayon sakini, 33 yaşlı Elvin Hüseynzadə saxlanılıb. Onun idarə etdiyi avtomobildən “Kalaşnikov” avtomatı, daraq və 29 ədəd patron, eləcə də narkotik vasitə marixuana aşkarlanıb. Saxlanılan şəxs odlu silahı satmaq məqsədilə nəqliyyat vasitəsində daşıdığını bildirib.

Keçirilən digər əməliyyat zamanı isə narkotiklərin satışı ilə məşğul olan, əvvəllər də analoji əmələ görə dəfələrlə məhkum olunmuş Mirseyid Ağababayev saxlanılıb. Ondan 2 kiloqram marixuana və kultivasiya edərək yetişdirdiyi çətənə bitkiləri aşkarlanıb. 

Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər