Menyu

Qusarda qaydaları pozan velosipedçilərə qarşı profilaktik tədbir keçirilib

Nərmin Qocamanlı
Qusarda qaydaları pozan velosipedçilərə qarşı profilaktik tədbir keçirilib
1 dəq oxu

Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən velosiped və moped istifadəçilərinin yol hərəkəti qaydalarına riayət etməsi üçün maarifləndirmə məqsədli profilaktik tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, təhlükəsizlik dəbilqəsindən istifadən etməyən, həmçinin digər qayda pozuntularına yol verən şəxslərlə söhbətlər aparılıb.

Tədbirin keçirilməsində əsas məqsəd gələcəkdə velosipedçilərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.

Fotogalereya

Əlaqəli Xəbərlər