Menyu

Xaricdə yaşamaq üçün saxta evlilik təklif edən şəxsləri nələr gözləyir?

Xaricdə yaşamaq üçün saxta evlilik təklif edən şəxsləri nələr gözləyir?

Sosial şəbəkələrdə 30-45 yaşlı qadınlara xaricdə yaşaması üçün saxta evlilik təklifi edilir. Belə paylaşımlar edən şəxs bunun qarşılığında isə 20 min avro istəyir. Özü bu işin qanunsuz olduğunu etiraf etsə də, müraciət edənin çox olduğunu deyir. Bu işlə məşğul olan şəxs iddia edir ki, artıq bir neçə vətəndaşı bu üsulla Belçikaya gətirib. O bildirib ki, müştərilərini “facebook” və digər sosial şəbəkələr üzərindən tapır. 

Məsələ ilə bağlı “Operativ Media”ya açıqlama verən "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov saxtakarlıq ilə xarici ölkədə yaşayan şəxsləri ağır cəzalar gözlədiyini bildirib:

Azər Allahverənov Prezident tərəfindən təltif edilib

Təəssüflər olsun ki, Azərbaycanda saxta evlilik ilə xaricə üz tutmaq istəyən şəxslər var. Bəlli məsələdir ki, vətəndaş xaricdə yaşamaq istəyirsə, bunun üçün çox ciddi əsaslar olmalıdır. Çünki xarici ölkədə yaşamaq hüququ qazanmaq olduqca çətindir.  Xaricdə yaşamaq hüququ qazanmağın ən rahat üsullardan biri evlilikdir.  Xarici ölkənin vətəndaşı ilə nikaha daxil olduqda orada yaşamaq üçün əsaslar yaranır. Buna görə də əksər hallarda insanlar saxta evliliyə üz tutur. Bəzi şəxslər və şirkətlər vasitəçilik qismində çıxış edərək, bu prosesdən maksimum yararlanmağa çalışırlar. Həmin şəxslər vətəndaşlara pul qarşılığında müəyyən xidmətlər təklif edir.

Saxta evlilik ilə xarici ölkədə yaşamaq istəyən vətəndaşlar anlamalıdır ki, nə qədər məbləğ vəsait ödəməsindən və harada yaşamasından asılı olmayaraq, saxta evlilik gec-tez aşkara çıxır. Bu zaman isə həmin şəxsi ağır cəzalar gözləyir. Saxtakarlıq faktı aşkarlandıqda, cəza tətdbirləri tətbiq olunur. Həmin şəxs ən yaxşı halda ölkədən deportasiya olunur. Ən pis halda isə həbs edilir. Bu proses ölkənin qanununa görə dəyişir”.

Azər Allahverənovun sözlərinə görə, həmin şəxslər saxta profillər vasitəsi ilə insanları aldadırlar:

“Bu saxtakarlıqla məşğul olan şirkətlər və şəxslər prosesin çox rahat olduğunu qeyd edir.  Ancaq bu çox yalnış fikirdir. Almaniya artıq bununla bağlı sərt qaydalar mövcuddur. Almaniyada bu ölkənin vətəndaşları ilə nikaha daxil olan şəxslərlə bağlı məhkəmələr keçirilir. Məhkəmə zamanı şübhə yarandıqda evliliyə son qoyulur. 

Sosial şəbəkələrdə 20 min avro qarşılığında xaricdə yaşamaq hüquqi eldə etmək istəyən şəxslər bilməlidir ki, bu məbləğlə hüquqi yolla da xaricdə yaşamaq olar. Bunun üçün saxta evliliyə ehtiyac yoxdur. Vətəndaşlar bu cür vədlərə inanmamalıdır. Bu xidməti göstərən şəxs özü xaricdə yaşayır. Bu zaman belə bir sual yaranır. Niyə onlar Azərbaycanda yox, xaricdə yaşayır? Çünki, Azərbaycanda yaşamadığı müddətdə həmin şəxsləri məsuliyyətə cəlb etmək olduqca çətindir. Onlar çox zaman saxta profillər vasitəsi ilə insanları aldadırlar".

Ekspert vətəndaşın xaricdə insan alverinin qurbanına çevrilə biləcəyini vurğulayıb:

“Vətəndaş xaricdə onları gözləyə biləcək ağır nəticələrindən narahat olmalıdırlar. Saxta evliliyi ortaya çıxan vətəndaş, xaricdə çıxılmaz vəziyyətə düşə bilər. Əgər miqrantın xarici ölkədə hüquq-mühafizə orqanları ilə problemi varsa, o cinayətkar qruplaşmaların da tilovuna düşə bilər. Həmin şəxs istismar oluna və ya insan alverinin qurbanına çevrilə bilər. Ona görə də vətəndaş xaricdə yaşamaq üçün ancaq qanunu yollardan istifadə etməlidir”.

Hüquqşünas Daşqın Qənbərovun sözlərinə görə, bu nikahlar hüquqi əsasız hesab edilə bilər:

"Saxta nikah müqaviləsi imzalamaq məsuliyyət yaratmır. Bu nikah müqaviləsindən əmələ gələn münasibətilər sonradan hüquqi əsasız hesab edilə bilər. Bu məqsədlə bağlanmamış nikah müqavilələri Azərbaycan Respublikası Mülki Məcəllənin 340-ci maddəsi ilə etibarsız hesab oluna bilər".

Teqlər:

"Xaricd\u0259 ya\u015famaq \u00fc\u00e7\u00fcn saxta evlilik t\u0259klif ed\u0259n \u015f\u0259xsl\u0259ri n\u0259l\u0259r g\u00f6zl\u0259yir?"

Əlaqəli Xəbərlər