Menyu

Bərdədə qarpızın kanala atılması ilə bağlı paylaşılan görüntülərin təfərrüatları məlum olub

Nərmin Qocamanlı
Bərdədə qarpızın kanala atılması ilə bağlı paylaşılan görüntülərin təfərrüatları məlum olub
1 dəq oxu

Bərdə rayonunda qarpızın kanala atılması ilə bağlı paylaşılan görüntülərin təfərrüatları məlum olub. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Operativ Media"ya bildirilib ki, vətəndaşın qarpızın satılmadığı ilə paylaşılan görüntüləri "TikTok"da izləyici toplamaq məqsədi ilə çəkilib.

O da məlum olub ki, vətəndaş elə həmin gün 11 tondan artıq məhsulunu bazar dəyərində satıb.

Kanala atılan məhsullar satış üçün yararlı olmayıb.

Əlaqəli Xəbərlər