Qarpızları kanala atan şəxs polisə dəvət olundu
Əsəd Abbaslı
Bərdə rayonunda qarpızın kanala atılması ilə bağlı paylaşılan görüntülərin təfərrüatları məlum olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Operativ Media"ya bildirilib ki, vətəndaşın qarpızın satılmadığı ilə paylaşılan görüntüləri "TikTok"da izləyici toplamaq məqsədilə çəkilib.
O da məlum olub ki, vətəndaş elə həmin gün 11 tondan artıq məhsulunu bazar dəyərində satıb.
Kanala atılan məhsullar satış üçün yararlı olmayıb.
Həmin şəxs müəyyən edilərək şöbəyə dəvət edilib. Onunla profilaktik iş aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net