Menyu

Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısına dəyişiklik edilib

Nərmin Qocamanlı
Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısına dəyişiklik edilib
1 dəq oxu

Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısına dəyişiklik edilib.

"Operativ Media" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmanla audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısına aşağıdakı qurumlar əlavə edilib:

- “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Naxçıvan TV” televiziya yayımçısı;

- “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Naxçıvan Radiosu” radio yayımçısı”.

Əlaqəli Xəbərlər