Siyəzəndə kultivasiya yolu ilə çətənə kolu yetişdirən şəxs tutulub
Nərmin Qocamanlı
Siyəzəndə əməliyyat yolu ilə 41 ədəd çətənə kolu aşkarlanıb.
"Operativ Media" xəbər verir ki, DİN Mətbuat Xidmətinin Quba regional qrupunun məlumatına görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Mizəfər Ramazanovun kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 81 kiloqram olan 41 ədəd çətənə kolu və 1 kiloqram marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma