Azərbaycan Ordusuna sürücü axtarılır
Azərbaycan Ordusunun hərbi hissələrinə sürücü axtarılır.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, vakant sürücü vəzifələrinə mülki işçilərin qəbulu elan edilir.
Tələb olunan sənədlər aşağıdakılardır:
- C, D, E kateqoriyalı sürücülük vəsiqəsi;
- şəxsiyyət vəsiqəsi;
- hərbi biletin surəti;
- tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);
- rəngli fotoşəkil (2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);
- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji xəstəliklər barədə) arayış.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net